- Baxış sayı: 32
- 04 Aprel 2025 18:11
- Baxış sayı: 40
- Aprel 04, 2025
- 0
Şüvəlan qəsəbəsindəki ağır atletika mərkəzində yeniyetmələrin Azərbaycan birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda 150 ağıllıqqaldıran iştirak edib. Son yarış günündə 73, 81, 89, 96, 102 və +102 kq çəkilərdə qaliblər müəyyən edilib.
Müvafiq olaraq, toplam 237 kq (107+130) nəticə ilə Akif Abdullayev, 235 kq (108+127) ilə Nicat Babayev, 260 kq (120+140) ilə Hüseyn Heydərov, 252 kq (115+137) nəticə Muhammədəli Məmmədzadə, 188 kq (83+105) ilə Sultan Sultanov və +210 kq (90+120) nəticə ilə Sadiq Əliquliyev qızıl medallara sahib çıxıblar.