Son 7 ildə ilk dəfə

“Sumqayıt”ın premyer liqasında qolsuz oyunlar sıralaması 5-ə çatıb. Allsport.az saytı xəbər verir ki, Aleksey Baqanın komandası 5-ci turda “Neftçi”nin qapısına yol tapa bilməyib – 0:3.

“Komyagərlər” mövsümün qol vurmayan yeganə komandasıdır. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.

Belə uğursuzluqla üzləşən sonuncu komanda AzAL olub. Bakı klubu 2015/16 mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan sumqayıtlılardan fərqli olaraq “təyyarəçilər” 5 oyunun hamısında uduzub.

“Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” klubu, “Zirə” və “Turan Tovuz”la qolsuz sülhə nail olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish