- Baxış sayı: 51
- 22 İyul 2024 10:16
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Bu gün Mingəçevirdə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatasında 1-yerlik kayak qayığına 500 metrə yürüşdə Nurlan Paşayev gümüş medal qazandı. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra o, sevincini jurnalistlərlə bölüşdü:
“Bu reqatada 21 ölkə iştirak edir. Təşkilatçılıq yüksək səviyyədədir. Sonda sürəti artırmalıydım, amma gücüm çatmadı.
Ağır məşqlər sayəsində bu rəqabətdə nəticəni yüksətdim. Allah qoysa, gələn yarışda 1-ci olaram. Hazırlığımı artırıb daha nüfuzlu arenalarda uğur qazanmaq niyyətindəyəm”.