- Baxış sayı: 14
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Moskva “Spartak”ı müdafiəçi Derrik Könü almaq üçün “Qalatasaray”a təklif göndərib.
Allsport.az xəbər verir ki, almaniyalı futbolçu “qırmızı-ağlar”ın heyətinə qatılmaqda maraqlı deyil.
26 yaşlı oyunçuya Almaniya bundesliqasının adı açıqlanmayan klublarından da iki təklif var. Türkiyə nəhənginin Könu icarəyə vermək istəmədiyi, onu tam satmağa üstünlük verdiyi vurğulanır.
Kön ötən ilin fevralından “Qalatasaray”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 19 matçda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.