- Baxış sayı: 21
- 23 Mart 2023 23:00
- Baxış sayı: 241
- Mart 22, 2023
- 0
Macarıstan “Ferentsvaroş”ının baş məşqçisi Stanislav Çerçesov çempionlar liqasının 3-cü təsnifat mərhələsində rəqibi haqda danışıb. Allsport.az saytı xəbər verir ki, rusiyalı mütəxəssis “Qarabağ” barədə bunu deyib:
“Qrup mərhələsinə doğru ilk addımlardan birini atdıq. Bu uğurdur. Lakin qarşıdakı oyunlara hazır olmalıyıq. Müşahidəçimiz “Sürix” – “Qarabağ” matçında olub.
O, Azərbaycan klubunun oyununu təhlil etməkdə bizə kömək edəcək. Amma qarşıda hələ Macarıstan çempionatı var. Mövsümə yaxşı başlamaq vacibdir”.
Hunlarla ilk görüş avqustun 3-də Tofiq Bəhramov adına respublika stadionunda, cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək.