“Sumqayıt” “Xəzər Lənkəran”la oyunun hazırlığına başladı

Premyer Liqanın ilk turunda səfərdə “Rəvan”la heç-heçə edən (0:0) “Sumqayıt” Futbol Klubu 2-ci turda qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlığına start verib. Allsport.az xəbər verir ki, dünən “Kapital Bank Arena”da baş tutan axşam məşqində komanda həm fiziki, həm də toplu çalışmalara yer verib.

“Rəvan”la görüşdə zədələnən qapıçı Şahrudin Məhəmmədəliyev artıq sağalaraq kollektivə qoşulub. Pərdis Fərcad-Azad isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki, “Sumqayıt” – “Xəzər Lənkəran” oyunu avqustun 16-da saat 21:00-da “Kapital bank Arena”da keçiriləcək.

Həmin kateqoriyadan