Suqovuşanda kayak və kanoe üzrə beynəlxalq reqatanın rəsmi açılışı oldu

Azərbaycan kanoe və avarçəkmə federasiyası ənənəvi Mingəçevir reqatasını yenidən bərpa etdi. Allsport.az saytı xəbər verir ki, oktyabrın 21-23-də təşkil olunacaq yarışda Azərbaycanla, Türkiyə, Özbəkistan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya və Ukrayna komandaları mübarizə aparacaqlar.

Rəsmi açılış li baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi Suqovuşanda baş tutdu. Mərasimdə Azərbaycan kanoe və avarçəkmə federasiyasının baş katibi Fərhad Əliyev. Türkiyə kanoe və avarçəkmə federasiyasının prezidenti Alpər Qabaqçı, Macarıstan məşqçilər komitəsinin sədri Zoltan Olferdi, Serbiya avarçəkmə federasiyasının idarə heyətinin sədri Duşan Kovaçeviç çıxış etdilər. Sonda gənclər və idman naziri Fərid Qayıbov yarışı açıq elan etdi.

Yarışların 1-ci günü də bu məkanda olacaq. Suqovuşan su anbarında kayak və kanoe növlərində qaliblər müəyyən edəcəklər. Bu, AKAF-ın işğaldan azad olunan ərazilərdə təşkil etdiyi 2-ci beynəlxalq turnirdir. Bundan əvvəl ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə “Prezident kuboku-2022” beynəlxalq reqatası nı Suqovuşanda keçirilmişdi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish