Tərlan Əhmədov “Beşikdaş”da

AzAL klubunun baş məşqçisi Tərlan Əhmədov Türkiyəyə yollanıb. Allsport.az xəbər verir ki, mütəxəssis PRO kateqoriyası almaq üçün bir neçə gün İstanbulda qalacaq.

Dekabrın 29-dək davam edəcək səfər müddətində Əhmədov “Beşikdaş”ın düşərgəsində olacaq. “Təyyarəçilər”in çalışdırıcısı bu komandanın məşqlərini izləyərək, təcrübə toplayacaq.

Qeyd edək ki, İstanbul nəhəngini xorvatiyalı baş məşqçi Slaven Biliç çalışdırır.

Həmin kateqoriyadan