- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Ağırlıqqaldırma federasiyası ilə gənclər və idman nazirliyinin (GİN) tərəfdaşı olduğu “Təkan” layihəsinin təqdimat mərasimi keçirilib. Allsport.az xəbər verir ki, mərasim zamanı ötən il beynəlxalq arenalarda qazanılan uğurlar, istifadəyə verilən zallar, həmçinin bölgələrdə görülən işlər barədə məlumat verilib.
Federasiyanın təşəbbüsü ilə Azərbaycan ağırlıqqaldırmada kütləviliyin təmin olunması məqsədilə regionlarda qısa müddətdə yeni klublar yaradılıb, ölkə səviyyəli müxtəlif yarışlar təşkil edilib.
Əlavə olunub ki, prosesin daha sürətli və güclü olması üçün ictimaiyyətin idmana dəstəyi gərəkdir. Məhz bu səbəbdən federasiya “Təkan” platformasını istifadəyə verir. Onun vasitəsilə istənilən şəxs seçdiyi istənilən kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcəkdir. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir. Rahat interfeysi olan platforma ilə hər kəs qısa müddətdə öz dəstəyini vermək imkanı qazanacaq.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, yeni platformanın regionlarda həm ağır atletika, həm də ümumilikdə idmanın inkişafına böyük təkan rolunu oynayacağını bildirib. Nazir hər kəsi bu layihəyə qoşulmağa Azərbaycanın gələcək uğurlarında yaxından iştirak etməyə dəvət edib.
Mərasimdə 2022-ci il ərzində beynəlxalq yarışlarda iştirak edən və uğur qazanan ağırlıqqaldıranların təmsil etdikləri klubların rəhbər şəxslərin mükafatlandırılıb, onlara xüsusi plaketlər təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.