“Tənqidə açığıq, amma işimizi şayələrə uyğun qurmuruq”

“Araz-Naxçıvan” premyer liqanın 2-ci turunda şərti səfərdə “Turan Tovuz”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, “Azərsun arena”da keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Bizi nəyin gözlədiyini bilirdik. Ağır oyun alındı. Hər iki komanda meydanda mübarizə apardı. İstədiyimizi etməyə çalışdıq və demək olar, istədiyim komandanı gördüm. Mövsümün gedişində hücum və müdafiə planında daha yaxşı oynayacağımızı düşünürəm.

Yaxşı, mübarizəli oyun getdi. Futbolçular bu dinamikaya uyğunlaşırsa, təqdirəlayiqdir. Hansısa təzyiqin olduğunu düşünmürəm. Avrokuboklarda daha yaxşısını etməyə çalışdıq, amma alınmadı. İşimizi davam etdiririk. Tənqidə açığıq, amma işimizi şayələrə uyğun qurmuruq. Ümidverici məqam odur ki, komandam geridönüş etməyi bacarır və möhkəmdir.
Penalti epizodu ilə bağlı qərar məncə, yanlış idi.

Heyətimizə 4-5 futbolçu cəlb etdiksə, mütləq qruplarda oynamalı deyilik. Avrokuboklar istəklə bağlı deyil, bunun üçün tədricən komanda formalaşmalıdır. “Qarabağ” nümunəsi var, onlar da qruplara addım-addım yaxınlaşdılar. Biz də bu yarışda yeniyik. Amma niyəsə hər dəfə neqativ mənada “Araz-Naxçıvan” göstərilir”.

Həmin kateqoriyadan