“Tarix yazmaq heyrətamiz hissdir”

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş çempionatla bağlı emosiyalarını bölüşüb.

Allsport.az xəbər verir ki, “vətəndaşlar” ardıcıl dördüncü mövsüm premyer liqanın qalibi olublar.

“Tarix yazmaq heyrətamiz hissdir. Mən 3 mövsümdür burada oynayıram və hər il premyer liqanı qazanıram – bu inanılmazdır. Dördüncü dəfə bunu edən uşaqlarla eynidir. Deyirlər ki, bu liqa dünyanın ən çətin liqasıdır, ona görə də ardıcıl dörd dəfə qalib gəlmək inanılmaz bir şeydir”, – BBC-yə açıqlamasında Qriliş bildirib.

Həmin kateqoriyadan