Tom Butçer: Bakı şəhər trasında olan unikanlıq heç bir yarışda yoxdur

Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi çərçivəsində 10-12 iyunda Azərbaycan qran-prisi keçiriləcək. 2-illik fasilədən sonra, ötüşmə yarışı tribunalara və treka azarkeşlərini sevindirmək üçün qayıdır. Avtomobil həvəskarları paytaxtımızda növbəti həyacanı yaşamaq arzusundadırlar. Bəs qran-priyə trasın hazırlıq işləri necə gedir? Bu və digər suallara cavab almaq üçün, allsport.az saytının əməkdaşı Bakı şəhər halqası əməliyyat şirkətinin baş təşkilatçısı Tom Butçer ilə görüşdü.

– Hazırda Bakı şəhər trasında aparılan montaj işləri barəsində məlumat verərdiniz?
– Bakı şəhər trasının işi 4 hissədən ibarətdir: düşərgə sahəsi – pit binası, komandaların binaları, padok dəstəyi, TV və media, əyləncə zonası, bilet satışı. Ümümilikdə, 9 fasiz artıq hazırdır. Tras isə bütövlükdə başqa zonadır. Bildiyiniz kimi, şəhər trasında hal-hazırda tikinti işləri görulür və artıq 65 faizi yekunlaşmışdı (beton bloklardan ibarətdir – məlumat təhlükəsizlik hasarı, tamaşaçı hasarı). Son 15 faiz quraşdırılma işlərini 2,5 günə bitiməliyik. Təxmini 6 iyun biz yolları bağlayacağıq. Növbəti gün 7 iyun isə,bütün hazırlıq işlərini tamalamağı planlaşdırırıq .Son məqamda görüləcək tədbirlərin çox olmasından irəli gələrək, biz sakinlər üçün minimum narahatlıq yaratmaq istəyirik. Azarkeşlər üçün nəzərdə tutulan tribunalar, Azneft dairəsini çıxmaq şərti ilə (Azneft dairəsində yerləşən 5-ci tribuna) artıq 95-99 faiz hazırdır. Azneftdə quraşdırılmanı Texnofest tədbirindən sonra davam edəcəyik. Festival mayın 29-da bitəcək və biz hardasa 30-maydan başlayacağıq. Bununla da tədbirdə iştirak edən təşkilatlar, həmçinin yerlı əhali üçün çətinlik və sıxlıq yaratmamağa çalışırıq. İnsanlara trasa rahatlığla gəlib çatmaq üçün istiqaməti yönləndirəcəyik.

– Azarkeşlər günəş altında açıq tribunalardan şikayətçidilər. Tribunaları qapalı etmək mümkündür?
– Acıq havada keçirilən idman yarışlarının bir çoxuna nəzər salsaq, hamısı acıq tribunalarda keçirilir. Bakı küləlklər şəhəri olduğundan, tavan və tribunalarla bağlı bir az çətinliklər ilə üzləşirik, daha doğrusu, azarkeş tribunalarının tavanı ilə bağlı. Şəhərin bəzi əraziləri ağaclıq olduğundan, belə məkanları qorumalıyıq. Biz Azneft tribunasını bağlamağı düşünürdük, lakin əlavə 5-6 gün tikinti işlərinin aparılması yerli sakınlərini qane etmədiyindən, baş tutmadı. Yarış hardasa 2 saat olduğundan, azarkeşlər hazırlıqlı gəlməlidilər. Günəş qoruyucu kremlərdən istifadə edib, Formula-1 komandalarının papaqlarını gündən qorunmaq üçün geyinə bilərlər. Mövsümdə yarışların keçirildiyi bütün şəhər traslarını yada salsaq, bizim yegənə fərqimiz tamaşaçıların istirahər etməsi üçün qazon örtüyünün olmamasıdır. Yarış həftəsonu insanlar tribunalarda günün altında vitamin “D” və təmiz havadan zövq alırlar. Hava şəraiti də indi çox isti deyil. Aprel ayının külək və yağışındansa, iyun ayının günəşlı havası daha qənaətbəxşdir.

– Yarışa neçə gün qalmış tras hazır olacaq?
– Faktiki olaraq, yollar 3 gün bağlı olacag. Bakı şəhər trası təxmini gecə saat 12-dən səhər 06:00-a kimi yollar limitli şəkildə sakinlər, biznes, eyni zamanda çatdırılma üçün açıqdır. Biz trası tamami ilə hamı üçün bağlamırıq. Yarış öncəsi son hazırlıqları tamamlayıb, trası təmizləyib hazır vəziyyətə gətirməliyik. Bundan əlavə, 200-dən çox marşallar yarışdan öncə son təlimlərini edib, kameraları, radioları yoxlamalıdar. Bəzi kameralar qapanmadan sonra yenidən yoxlanib dəyişdirilə bilər.

– Gələcəkdə trasın başqa əraziyə köçməsinin mümkün olmasını düşünürsünüz?
– Bəli mümkündür. Eyni zamanda, belə unikal trası harasa köçürməyə ehtiyac varmı? Bakı şəhər trasında olan unikanlıq heç bir yarışda yoxdur. Bu trasda olan yeni və köhnə şəhərin miksı çox füsunkardır. Bakı trası Formula-1 traslarının sırasında ən dar küçələrə malikdir və bu çox innovativdir. Mən düşünürəm ki, bu ən maraqlı yarış trasıdır. Məşhur 8-ci döngə, dar küçələr heç bir ölkə yarışında belə üstünlüklər yoxdur. Biz yarışı avtodroma köçürtsək çox güman tras öz baxımlığını və statusunu itirəcək. İnsanlar Bakıya gələndə köhnə şəhəri (İçərişəhər), yeni magistral yolları, Xəzər dənizini, dənizkanarı bulvarı görüllər. Əslində, bu Bakını yaxından seyr etmək üçün bir fürsətdir. Bakı trasını seçməmişdən öncə bir neçə variant üzərində müzakirələr aparırdıq. Şəhər içində və ətrafında bir neçə əraziləri nəzərdək keçirdik. Tras seçimində 600 metr uzunluğda olan ərazı lazimdır, çünki yollarda tikinti işləri aparılmalıdır. Şəhərin heç bir başqa tərəfində belə şərait yoxdur. Mən burda işləməsəydim belə, yenə də bu trasın ən yaxşı olduğunu deməkdən çəkinməzdim. Məncə, yarışı izləməyə belə gəlmək istəyərdim. Etiraf etməliyəm, burda keçirilən yarış həqiqətən həyacanlıdır. Turistlər Bakida yerli sakinlər ilə ünsiyyət qurmaq imkanı qazanılar, çünki insanlar burada hədsiz qonaqpərvərdilər.

– Bakı şəhər trasında bütün təhlükəsizlik tədbirləri görülməsi üçün nə edilir? Pit leyn zonasının dəyişikliyi tras üçün təhlükəsiz olacaq?
– Pit leyn zonası dəyişməyib. Bizə beynəlxalq avtomobil federasiyası tərəfindən pit girişində müəyyən dəyişikliklər olunması tapşırıldı və biz tek-pro baryerlər yerləşdirdik. Bu baryerlər avtomobil və pilotların təhlükəsizliyi üçün nəzərdə tutulub. Təxmini 120 texno pro sədlər quraşdırılıb. Pit leyn trasda olduğu kimi qalıb. Pit çıxışı əlavə olaraq 10 metr kimi uzadılıb. Bu bizim ideyamız deyildi. Bizə FİA tərəfindən təhlükəsizlik tədbirlərini gücləndirmək üçün verilən tələbləri yerinə yetirmişik.

Söhbətləşdi: Aynur MEHDİYEVA

Həmin kateqoriyadan