- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

“Əl-Hilal”ın hücumçusu Darvin Nünes kluba keçidindən cəmi bir neçə ay sonra Səudiyyə Ərəbistanı liqasını tərk etmək imkanlarını axtarır.
Allsport.az xəbər verir ki, uruqvaylı futbolçu yaxın şərqdə özünü xoşbəxt hiss etmir. Buna baxmayaraq, o, “Əl-Hilal”ın heyətində keçirdiyi altı matçda dörd qol vurub.
Cənubi Amerika nəhəngi “River Pleyt” yanvarda Nünesi heyətinə qatmağa çalışacaq.