- Baxış sayı: 53
- 28 Yanvar 2023 23:50
- Baxış sayı: 19
- Yanvar 30, 2023
- 0
Allsport.az saytı xəbər verir ki, premyer liqa təmsilçisi yanvarın 7-də Bakıda bir araya gələrək Türkiyəyə yola düşəcək. Əcnəbi futbolçular komandaya həmin gün qonşu ölkədə qoşulacaqlar.
Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda futbolçuları 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ ki, məlum deyil.
Premyer liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.