Türkiyə kubokunun qalibi

Türkiyə kubokunun final matçında “Beşiktaş” “Trabzonspor”a qalib gəlib. Allsport.az xəbər verir ki, görüş 3:2 hesabı ilə başa çatıb.

Əsas vaxt bitməmiş rəqiblər hərəyə 2 qol vurublar. “Trabzonspor”un heyətində Pol Onuaçu və Nikolas Pepe, İstanbul təmsilçisində isə Rəşid Qezzal və Saleh Ucan fərqlənib. “Qara qartal”a çempionluğu gətirən qol 94-cü dəqiqədə Əli Məhəmməd əl Musrati tərəfindən vurulub.

“Beşiktaş” üçün bu, klub tarixində 11-ci Türkiyə kuboku olub.

Həmin kateqoriyadan