Türkiyə millisi başsız qaldı

Türkiyə futbol federasiyası milli komandanın baş məşqçisi Şənol Günəşlə yolunu ayırıb. Allsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub. Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub.

2000-2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.

Həmin kateqoriyadan