“Turnirə keçmiş çempion kimi daxil olmaq üstünlükdür”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-lə bağlı gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, bu barədə o, komandanın mətbuat xidmətinə açıqlama verib:

“Onlar tez-tez bizim haqqımızda deyirlər ki, müdafiədə yaxşıyıq və əks-hücumlarda açığıq. Amma İtaliyada yanaşma dəyişir – biz istəyirik ki, oyunçular irəli getsinlər və gözləməsinlər. Komanda olaraq pressinq və müdafiə etmək istəyirik.

Fikrimcə, turnirə keçmiş çempion kimi daxil olmaq üstünlükdür. Amma biz lap əvvəldən başa düşməliyik ki, özümüzü mövcud çempionlar kimi aparmalıyıq. İtaliya ölkəni təmsil etmək üçün bizi seçdi, amma biz tapşırığın öhdəsindən gəlib-gəlmədiyimizi yalnız matçlar zamanı görəcəyik”.

Həmin kateqoriyadan