- Baxış sayı: 32
- 26 Dekabr 2024 23:11
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan premyer liqasının XIII turunun “Sabah” – “Kəpəz” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Krunoslav Renduliç mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyun haqda bunu deyib:
“Oyuna böyük səhvlə başladıq və bunun da nəticəsində qapımızda qol gördük. Bundan sonra oyuna qayıtmaq bir qədər çətin idi. Amma bundan qısa müddət sonra komanda olaraq toparlandıq və matçda üstünlüyü ələ aldıq. Vurduğumuz ilk qolda bir qədər bəxtimiz gətirdi. Amma bu qol bizim üstünlüyümüzün nəticəsi idi. Futbolda hərdən belə də olur. İkinci hissədə də biz rəqibə nisbətən daha yaxşı idik. Bizim yüzfaizli iki fürsətimiz oldu, üçüncü qolu vuraraq oyunun taleyini həll eləməliydik. Təəssüf ki, bunu edə bilmədik, əvəzində qol buraxaraq xal itirdik”.