- Baxış sayı: 33
- 06 Aprel 2026 12:06
- Baxış sayı: 129
- Aprel 03, 2026
- 0

UEFA intizam komitəsi Avropa liqasının “E” qrupunun 6-cı turunda “Arsenal” – “Qarabağ” oyununda (1:0) baş verən qalmaqalla bağlı qərar verib.
Allsport.az saytı xəbər verir ki, Londonun “Əmirlik” stadionunda keçirilən görüşün son dəqiqələrində meydana əlində Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə daxil olan erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görülüb.
UEFA sözügedən xoşagəlməz olay və matçın startının gecikməsi səbəbindən “topçular”ı 15 min avro cərimələyib. Qrupu öndə bitirən “Arsenal” 1/4 finalın ilk görüşündə səfərdə “Renn”ə 1:3 hesabı ilə uduzub.