- Baxış sayı: 12
- 26 Dekabr 2024 16:23
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
2017-ci ilin iyun ayında rus əsilli ispan model Luisa Kremlyova hazırda “Milan”ın futbolçusu olan Teo Ernandesin İspaniyanın Marbella şəhərindəki gecə klubunun dayanacağında ona təcavüz etdiyini bildirmişdi.
Allsport.az xəbər verir ki, həmin zaman “Atletiko”da çıxış edən Ernandes ittihamı rədd edirdi. İllər sonra məlum olub ki, Kremlyova yalan danışır.
Belə ki, Kremlyova məhkəmə zalında Teonun ona yuxu gətirən dərman verdiyini və təcavüz etdiyini demişdi. Araşdırmalardan sonra isə məlum olub ki, Luisanın özü həmin gecə Teoya mesaj yazaraq evinə dəvət edib. Hazırda Kremlyovanı məhkəməyə yalan danışdığı üçün iki illik azadlıqdan məhrumetmə cəzası gözləyir.