- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Argentina millisinin kapitanı Lionel Messi, Amerika kubokunda qalibiyyətlə bağlı duyğularını bölüşüb və səhhəti barədə danışıb. Allsport.az saytı xəbər verir ki, Argentina finalda Kolumbiyaya 1:0 qalib gəlib. Ulduz futbolçu 66-cı dəqiqədə zədələndiyi üçün əvəzlənib.
“Amerika kuboku başa çatdı və ilk növbədə mesajlara və təbriklərə görə hər kəsə təşəkkür etmək istəyirəm. Allaha şükürlər olsun ki, mən yaxşıyam. Ümid edirəm ki, tezliklə ən çox sevdiyim işdən həzz alaraq meydana qayıdacağam. Mən çox şadam. Xüsusən ona görə ki, məqsədimizə nail olduq.
Ən təcrübəlilər, hər matçda əlindən gələni edən gənclər kimi, xüsusi həyəcanla yaşayırlar. Biz bir komanda və bir ailəyik. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm, bu komandanın indiki və gələcəyi çoxdur”, – 37 yaşlı futbolçu sosial şəbəkələrdə yazıb.