“Ümumi plan üzrə çalışmamız istədiyimiz kimi alındı”

“Qış fasiləsində heyətimizi 2 qapıçı, 3 meydan oyunçusu tərk edib. Onların əvəzinə heyətimizə 2 qapıçı qatdıq, amma istərdik ki, komandada ümumi rəqabəti artıraq”.

Allsport.az saytı xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib. O, digər klublarımız kimi təlim-məşq toplanışını ölkə xaricində keçirə bilməmələrinin və heyət kasadlığının oyunlarına mənfi təsir etdiyini bildirib:

“Bəlli məsələlərə görə transfer etmək qış fasiləsində həm çətindir, həm də imkanlarımız məhduddur. Biz yalnız yerli futbolçular götürə bilərik. Yayda rəhbərliklə danışdıqda heyətə 3-4 legionçu cəlb etməyi düşünürdük. Digərləri isə yerli, gənc və təcrübəli oyunçular olmalı idi. Hazırda isə heyətimiz elə bu formadadır.

Qış fasiləsində Bakıda qaldıq. Buna görə istədiyimiz keyfiyyətdə toplanış edə bilməsək də, ümumən plan üzrə çalışmamız istədiyimiz kimi alındı. Rəqiblərimizin ölkə xaricində olması, meydança baxımından bizim daha əlverişsiz şəraitdə olmağımız bizə çətinlik yaratdı”.

Həmin kateqoriyadan