- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Futbolçularım bu qədər azarkeş önündə sona qədər döyüşdülər, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar”. Allsport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda “Ferensvaroş”a 3:1 hesabı ilə qalib gəldikləri çempionlar liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis azərbaycanlı azarkeşlərə təşəkkür edib: “Rəqibin də azarkeşlərinə təşəkkür edirəm. Onlar meydanda möhtəşəm atmosfer yaratmışdılar. Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil. Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. “Ferensvaroş”un elə bir oyun üslubu var ki, heç nədən qol vura bilər. Hər bir halda ikinci oyunda fürsətimizdən yüksək dərəcədə yararlanmağa çalışacağıq. Çünki hesabda geridə idik. Fasilədən sonra çox qol vurmaq istəyirdik”.
O, ilk qoldan sonra həvəsdən düşmədiklərini bildirib: “Səfərdə ilk qolu buraxanda komandanın həyəcanı artır. 10-15 dəqiqə üzərimizdə təzyiq çoxaldı. Lakin get-gedə oyunu ələ almağa başladıq. İkinci hissəyə baxarsaq, daha çox riskə getdik, çünki məğlub olurduq. İlk yarıda qol vurmağı istəyirdiksə, ikinci hissədə buna daha da həvəsli olduq. Amma istəməzdik ki, qol buraxaq. Futbolçularımdan daha çox tələbim artıq çalışıb qol vurmaqdır”.
Mütəxəssis səfərdən üstün hesabla dönsələr də cavab oyununa daha ciddi hazırlaşacaqlarını bildirib: “Qətiyyən özümüzü qalibik deyə rahatlaşdırmırıq. Bu çempionlar liqasıdır. Qarşımızda çox ciddi komanda və istəkli, məğlub olmağı xoşlamayan baş məşqçi var.
Rəqibin oyun üslubu elədir ki, istənilən standart vəziyyətlər və ya hücumda qol vurmaq bacarığı olan oyunçuları və oyun üslubu var. Biz buradakı oyundan sonra Bakıdakı qarşılaşmaya daha ciddi hazırlaşmalıyıq. Arxayınlaşmalı deyilik. Çünki hər buraxılan qol komandada inamsızlıq yaradır. Ona görə də ciddi olmalıyıq. Biz bu gün bayram etməli deyilik”.