Üzgüçülük federasiyasında növbəti hesabat-seçki konfransı

Noyabrın 18-də Azərbaycan üzgüçülük federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Gənclər və idman nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra, AÜF-in ötən olimpiya mərhələsindəki fəaliyyəti barədə federasiya prezidenti Xanlar Fətiyevin hesabatı dinlənilib və rəhbərliyə yeni seçki keçirilib. O, yenidən federasiyanın yeni prezidenti seçilib.

Elçin HəsənovMark Koqanov isə vitse-prezident, Kamran Nəzərov, Şamil Əbürəhmanov, Azər BabayevZiya Bağırzadə isə icraiyyə komitəsinə üzv seçiliblər.

Qeyd edək ki, seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib. Tədbirin sonunda milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. AÜF-in prezidenti Xanlar Fətiyev jurnalistlərin suallarını cavablandırıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish