Üzgüçülük məşqçiləri üçün 2-ci seminar 

Üzgüçülük federasiyasının və dövlət bədən tərbiyəsi və idman akademiyasının birgə təşkilatçılığı, gənclər və idman nazirliyinin dəstəyi ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca 2-ci seminar keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək məşğələyə olimpiya komplekslərində, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, idman akademiyasının əyani və qiyabi tələbələri dəvət olunublar.

Seminarda üzgüçülük üzrə məşqçilik icazəsi olan istənilən şəxs iştirak edə bilər. AzDBTİA-da tədbiri Azərbaycan üzgüçülük federasiyasının direktoru İvan Petrov aparacaq. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish