- Baxış sayı: 21
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə premyer liqasında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Nyukasl” maraqlanır.
“Qoca sinyora” serbiyalını illik 12 milyon avro yüksək maaş aldığına görə satmaq niyyətindədirlər.
Nyukasl təmsilçisi isə Aleksander İsak ətrafındakı vəziyyətə və onun komandadan mümkün gedişinə görə mərkəzi hücumçu mövqeyi üçün Vlahoviçi transfer edə bilər.
Ötən mövsüm Vlahoviç bütün turnirlərdə 44 oyun keçirib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib.