- Baxış sayı: 50
- 31 Dekabr 2025 10:17
- Baxış sayı: 114
- Dekabr 31, 2025
- 0

Britaniyalı boksçu Entoni Coşua dekabrın 31-də Laqosda müalicə olunduğu xəstəxanadan evə buraxılıb.
Allsport.az xəbər verir ki, dekabrın 29-da baş vermiş ağır yol qəzası nəticəsində 36 yaşlı idmançının yaxın dostları və məşqçiləri Sina Qami və Kevin Latif Ayodele həlak olublar. Xəstəxanadan çıxan keçmiş dünya çempionu anası ilə birlikdə mərhum dostlarının xatirəsini yad edib. Coşuanın bərpa prosesi üçün bir neçə gün daha Nigeriyada qalacağı gözlənilir.