“Xankəndi” minifutbol klubunun yaradılmasına qərar verilib

Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, futbol millisinin keçmiş üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantıda Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev , Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər.

AMF-in rəhbəri yığmamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib. Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib.

Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.

Həmin kateqoriyadan