Xaqani Məmmədov KİV-dən qaçdı

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə “Qəbələ” arasında keçirilmiş ilk oyundan (1:1) sonra mətbuata danışmaqdan imtina edib.

Allsport.az saytı xəbər verir ki, jurnalistlər ondan bu matçın baş hakimi Əliyar Ağayevin idarəçiliyi barədə fikir öyrənmək istəyiblər. Amma o, həmkarının mübahisəli qərarları barədə fikir bildirməkdən boyun qaçırıb.

Həmin kateqoriyadan