- Baxış sayı: 16
- 25 Noyabr 2024 10:40
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Mövsümün 2-ci yarısına hazırlığı davam etdirən “Qarabağ” yoxlama oyununda “Zirə”yə 4:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib:
“Ümumilikdə pis oyun alınmadı. Yaxşı hazırlıq matçı oldu. Rəşad Sadıqovla əvvəldən razılaşmışdıq ki, görüşdəki dəqiqələrin sayı çox olsun. Biz də bütün futbolçulara şans verə bilək. İlk oyunumuz olduğu üçün səhvlər çox idi.
Qış toplanışı ölkə xaricində də olsaydı, güclü rəqiblə bir matç keçirəcəkdik. Digər rəqib daha zəif ola bilərdi. Bakıda öz ikinci komandamızla oynayıb bunu kompensasiya edə bildik. “Zirə” çox ciddi rəqibdir.
Üstünlüyümüz onda oldu ki, istədiyimiz formatda oyun keçirdik. Xaricdə olsaydıq, bəlkə də rəqib bununla razılaşmazdı. Hazırlıq prosesi üçün vaxt az idi. Futbolçularımıza istirahət daha çox lazım idi. Toplanışda güclü rəqiblərlə 2-3 oyun keçirmək onlar üçün ağır olardı. Komandamız 2-3 matçdan sonra öz oyununa qayıdacaq”.