- Baxış sayı: 35
- 26 İyul 2024 20:00
- Baxış sayı: 50
- İyul 26, 2024
- 0
Qış idmanı federasiyası tərəfindən ölkəmizdə qış idman növlərinin inkişafı, yerli idmançıların yetişdirilməsi istiqamətində işlər davam etdirilir. Allsport.az saytı xəbər verir ki, yerli idmançılarımız beynəlxalq yarış təcrübəsi toplamaq məqsədilə Andorra knyazlığında xizək alpinizmi üzrə dünya kubokunda iştirak ediblər.
Gənc idmançılarımız Nəsir Fərhadov, Elbrus Əzizov və Nəzrin Qəribova ilk dəfə qatıldıqları beynəlxalq yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər. Həmçinin Ramin Beybutov və Şəbnəm Mirzəyeva bu yarış çərçivəsində yeni idmançılar üçün nəzərdə tutulan açıq yürüşdə iştirak edərək təcrübələrini artırıblar.