Xizək alpinizmi üzrə yarış Azərbaycanda

Azərbaycan qış idman növləri federasiyası tərəfindən xizək alpinizmi üzrə dünya lubokunun Azərbaycanda keçirilməsi üçün beynəlxalq xizək alpinizmi federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.

Allsport.az xəbər verir ki, əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışın “Şahdağ”da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya kubokunun 2025-ci ilin 11-12 yanvar tarixlərində “Şahdağ” turizm mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünya kubokunun keçirilməsi ilə bağlı qərar bu ilin 9-10 mart tarixlərində Azərbaycan qış idman növləri federasiyası və “Şahdağ turizm mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq xizək alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.

Həmin kateqoriyadan