“Xoruzlar” və “üç aslan” növbəti mərhələdə! Levandovski mundiala qolla vida etdi

Qətərdə dünya çempionatında 1/8 finalın daha 2 görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, günün ilk oyununda Fransa və Polşa komandaları qarşılaşıblar.

Üstün futbol nümayiş etdirən “xoruzlar” rəqibi 3:1 məyus edib. Polşa millisindən ulduz hücumçu Robert Levandovskinin 90+9-cu dəqiqədə 11-metrlik cərimə zərbəsindən vurduğu qolla mundiala həmişəlik vida edib.

Günün gecə matçında İngiltərə və Seneqal üz-üzə gəliblər. Afrikalılar fəallıq nümayiş etdirsələr də, rəqib təcrübəsi sayəsində məhsuldar əks-hücumla “Teranqa şirləri”nin qapısından 3 cavabsız top keçirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish