Xorvatiyada çempion müəyyənləşdi

Xorvatiya çempionatında 2019/2020 mövsümünün qalibi müəyyənləşib. Allsport.az xəbər verir ki, Zaqreb “Dinamo”su 30-cu turda “Qorisa” ilə qolsuz bərabərə qalıb və ən yaxın izləyicisi “Lokomotiv” ilə xal fərqini 19-a yüksəldib.

Bununla da, paytaxt təmsilçisi sona 6 tur qalmış çempionluğu rəsmiləşdirib.

“Dinamo” son 15 il ərzində 14-cü dəfə, tarixində isə 21-ci dəfə Xorvatiya çempionu olub.

Həmin kateqoriyadan