Yamal azarkeşlərin irqçi şüarlarına etiraz etdi

“Barselona”nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamal İspaniya azarkeşlərinin Misirlə yoldaşlıq görüşü (0:0) zamanı səsləndirdiyi qalmaqallı şüarlara reaksiya verib.

Allsport.az xəbər verir ki, matç zamanı tribunadakı bəzi fanatlar “tullanmayan müsəlmandır” deyə şüarlar səsləndiriblər. Atası mərakeşli olan və özü də İslam dininə mənsub olan 18 yaşlı futbolçu bu hərəkəti kəskin tənqid edib. “Bilirəm ki, bu şüar birbaşa mənə ünvanlanmamışdı. Lakin mən də müsəlmanam və bu, baş verənləri daha dözümlü etmir. Dini stadionda zarafat mövzusuna çevirmək özünü cahil irqçi kimi göstərməkdir. Futbolu sevmək, futbolçuları isə dəstəkləmək lazımdır. İdmanı insanların inanclarına hörmətsizlik etmək üçün bəhanəyə çevirməyin. Bizə dəstək olanlara təşəkkür edirəm. Dünya çempionatında görüşərik”.

Həmin kateqoriyadan