“Yataqda oturub ağladım”

“İnter Mayami”nin sahibi Devid Bekhem 2023-cü ilin yayında argentinalı Lionel Messi ilə müqavilə bağladıqdan sonra keçirdiyi ilk emosiyaları ilə bağlı xatirələrini bölüşüb.

Allsport.az xəbər verir ki, o, futbolçunun atası ilə çoxlu danışıqlar apardığını bildirib:

“Leonun atası ilə uzun müddət danışdıq. 5 il ərzində. Mən və Mayamidəki tərəfdaşım 5 il əvvəl Messinin atası ilə görüşmək üçün otelə yollanmışdıq. Görüşdük və ona dedim: “Bilirəm ki, Leo hələ hazır deyil, amma oğlunuzun gələcəkdə mənim klubumda oynamasını istəyirəm.

Leo PSJ-dən ayrıldığını açıqladığı üçün qərar verməli olduğumuzu bilirdik. Yaponiyada səhər saat 4-5-də yataqda uzanmışam və telefonum dayanmır. Viktoriya (Bekhem) mənə deyir: “Telefonu söndür, yatmalıyıq.” Əlimi uzadıb eynəyimi götürdüm və sonra telefonumda Leo Messinin Mayamiyə gəlməyə qərar verdiyini oxudum.

Mən hələ də şokdayam. Yataqda oturub ağladım. Viktoriya isə “Nə baş verir? Nə olub? Kim ölüb?” Mən isə “Leo gəlir, Mayamiyə gəlir” dedim. İnternetə girirəm, bütün sosial şəbəkələrdədir. Mən ortağım Xose (Mas) ilə danışdım və o, mənə dedi: “Buna inanırsanmı?” və dedim: “Mən buna inanmıram. Gəl o, Mayamiyə çatana qədər gözləyək, sonra inanacağam”.

Həmin kateqoriyadan