- Baxış sayı: 119
- 28 Mart 2023 00:42
- Baxış sayı: 119
- Mart 28, 2023
- 0
“Qarabağ” premyer liqanın 22-ci turunda öz meydanında “Sabah” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, matçda hesabı açan Musa Qurbanlı olub. Ağdam klubunun gənc hücumçu liderlər qrupunda yer alan rəqiblə qarşıdurmanı belə dəyərləndirib:
“Ötən çempionat oyunlarımızı xatırladım. Yaxşı çıxış etdik: aqresiv, yığcam, hər mövqedə yaxın, əks-hücumda sürətli. Məncə, hər şey gözəl alındı. Özəlliklə, ilk hissədə. Ümumilikdə, oyunu yaxşı dəyərləndirirəm. Allaha çox şükür, gözəl çıxış etdik. Düzdür, standart vəziyytədən qol buraxdıq.
Bombardirlər siyahısında önə keçdim. Hələ qarşıda çox mücadilə var. Əlimdn gələni edəcəyəm ki, çoxlu qollarla komandama fayda verim”.