Yeni transfer bu sözü yazdı

“Neftçi”nin yeni transferi Kilan Lebon instaqram səhifəsində yeni komandasına keçməyindən yazıb. Allsport.az xəbər verir ki, o, dəstək mesajları üçün təşəkkür edib:

“Artıq buradayam. Bu komandaya qoşulmaq çox gözəl hissdir. Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var”.

Kilan Lebon “ağ-qaralar” ilə 1,5+1 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan