- Baxış sayı: 35
- 09 Mart 2026 23:46
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Bu gün “Bulvar Marriott Hotel”də AFFA icraiyyə komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə AFFA-nın prezidenti Rövşən Nəcəf yeni seçilmiş üzvləri təbrik edib və onlara müvafiq qovluqlar təqdim olunub.
Onun təklifinə əsasən, Sərxan Hacıyev AFFA-nın icraçı vitse-prezidenti, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezidenti vəzifəsinə təsdiqləniblər.
Sərxan Hacıyevin, eyni zamanda, müvəqqəti olaraq AFFA-nın baş katibi vəzifəsini icra etməsi qərara alınıb.