- Baxış sayı: 53
- 19 Noyabr 2024 18:36
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Polşanın Krakov şəhərində keçirilən şpaqa üzrə “European Cadet Circuit” turniri başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının şpaqaçısı Xədicə Həsənli gümüş medal qazanıb.
Yeniyetmə idmançı yarımfinala kimi Estoniya, Böyük Britaniya, Polşa, Ukrayna, Çex Respublikası qılıncoynadanlarına qalib gəlib. Şpaqaçımız final çıxmaq uğrunda görüşdə, sonradan çempion titulunu qazanan Ukrayna təmsilçisi Mariya Seredaya 13:15 hesabı ilə uduzub.
Xədicə Həsənli, Aynur Quliyeva, Xatun Bayramova və Nəzrin Mehdiyevadan ibarət yeniyetmə şpaqaçı qızlardan ibarət milli komanda yarışında ilk görüşdə Polşa yığmasını 45:37 hesabı ilə məğlub edib. Təmsilçilərimiz növbəti görüşdə Çexiyaya 31:45 hesabı ilə uduzaraq, ¼ finala yüksələ bilməyib. Milli yekunda 12-ci yeri tutub.
Abbas Səmədli, Emin Səfərbəyov, Mirxətai Məmmədov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçılarımız isə ilk görüşdə İtaliya yığmasına 38:45 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb. Azərbaycan komandası turniri 25-ci pillədə başa vurub.
Qeyd edək ki, məşqçi Samirə Hüseynova yeniyetmə oğlan şpaqaçıların yarışında final qarşılaşmasını idarə edib.