“Yol verdiyimiz səhvlərin üzərində çalışmalıyıq”

Allsport.az xəbər verir ki, “Sabah”ın məşqçisi Ruslan Qafitulin Azərbaycan kubokunun 1/4 finalında bu gün “Qarabağ”la keçirilən oyundan (4:3) sonra mətbuat konfransında oyun barədə fikirlərini səsləndirib:

“İlk oyundakı böyük hesablı məğlubiyyətə baxmayaraq, futbolçular bu matça yaxşı motivasiya olmuşdular. Rəqibi meydanın mərkəzində qarşılayıb, əks-hücumlarda fərqlənməyə çalışdıq. Bu, oyunun bəzi anlarında alındı, bəzən isə yox. Yol verdiyimiz səhvlərin üzərində çalışmalıyıq”.

Həmin kateqoriyadan