- Baxış sayı: 0
- 09 Yanvar 2025 14:56
- Baxış sayı: 627
- Yanvar 03, 2025
- 0
8 Noyabr – Zəfər və Şuşa şəhəri günləri münasibətilə AFFA-nın təşkilatçılığı ilə ədliyyə nazirliyi penitensiar xidmətin tərbiyə müəssisəsində minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.
Allsport.az saytı xəbər verir ki, “Qarabağ” futbol klubunun 15 yaşlılardan ibarət komandası ilə yeniyetmə məhkumlardan ibarət komanda arasında baş tutan görüşü penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov, AFFA-nın baş katibi Sərxan Hacıyev, “Qarabağ” futbol klubunun baş direktoru Əmrah Çəlikəl, eləcə də iştirak edən qurumların digər məsul şəxsləri izləyib.
Oyundan sonra Azərbaycan futbol federasiyaları assosiasiyasının və “Qarabağ” futbol klubunun nümayəndələri tərəfindən yeniyetmələrə hədiyyələr təqdim edilib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.