- Baxış sayı: 43
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 183
- Dekabr 19, 2025
- 0

FİFA referisi Əliyar Ağayev növbəti dəfə təyinat alıb.
Allsport.az xəbər verir ki, o, Avropa liqasının qrup mərhələsində “Midtüllan” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasını idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Oyunun VAR hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.
Görüş sentyabrın 16-da Herninq şəhərində oynanılacaq.