“Əllərimi hiss etmirdim”

Yunan-Roma güləşi üzrə millinin ən təcrübəli üzvü Rafiq Hüseynov (82 kq) 4-cü dəfə Avropa çempionu olmaq üçün Rumıniyaya yollansa da, son anda aldığı zədə uğur qazanmağa imkan vermədi. Allsport.az xəbər verir ki, 3-qat qitə çempionu bu barədə açıqlama verib:

“Bakıda keçirilən yoxlama görüşləri zamanı boynumdan zədələndim. Ancaq o zaman güclü ağrı yox idi. Hər şey normal idi, dözmək olardı. Buxarestdəki məşqdə həmin zədə ciddi ağrı verdi. Ondan sonra əllərimi hiss etmirdim. Bakıda MRT-dən keçdikdən sonra əməliyyata ehtiyac olub-olmadığı bilinəcək”.

Həmin kateqoriyadan