- Baxış sayı: 75
- 24 İyun 2026 22:19
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Serbiyanın Novı Sad şəhərində gənclərin Avropa birinciliyində Camal Abbasov (61 kq) yalnız finalda yenilib. Allsport.az saytı xəbər verir ki, o, başlanğıcda uğur qazandığı üçün sevindiyini deyib:
“Gənclərdə ilk ilimdə Avropa ikincisi oldum. Bu, mənim üçün yaxşı nəticədir. Düzdür, çempion olmaq ümidiylə getmişdim. Ardıcıl 3-cü il Avropa çempionatının finalına yüksəldim. Bir-iki səhv öz sözünü dedi.
İnşallah, dünya çempionatına hazırlıq xarakterli təlim-məşq toplanışlarında bu səhvləri aradan qaldırıb, dünya çempionu olmağa çalışacağam. Komanda hesabında Avropa çempionu olduq. Bu, böyük uğurdur. Dünya çempionatında da eyni nəticəni təkrarlamağa çalışacağıq”.