- Baxış sayı: 61
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 144
- Dekabr 19, 2025
- 0


Mahir Əmrəli şənbə günü “Dinamo”da (Zaqreb) debüt edə bilər. Allsport.az xəbər verir ki, 24 yaşlı hücumçunun adı Xorvatiya 1-ci liqasının 23-cü turunda “Qoritsa” ilə matçın iştirak ərizəsində yer alacaq.
“İstra” ilə görüşdə komandanın hücumçusu Bruno Petkoviç 4-cü xəbərdarlıq alaraq cəzalı duruma düşdüyü üçün növbəti turda meydana Mahir Əmrəli çıxacaq.
Fevralın 12-i keçiriləcək “Dinamo” – “Qoritsa” görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.