Əfran İsmayılov yenidən “Qarabağ”a qayıtdı!

UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksələn “Qarabağ” transfer çalışmalarını da davam etdirməkdədir. Allsport.az xəbər verir ki, bu gün Ağdam klubu daha bir transferini reallaşdırıb.

Ağdamlılar millimizin üzvü Əfran İsmayılovla müqavilə imzalayıblar. “Qarabağ”ın yetirməsi olan 27 yaşlı yarımmüfadiəçiylə 1 illik saziş imzalanıb. Əfran bu gündən etibarən komandayla məşqlərə qoşulub.

Sağ cinah yarımmüdafiəçisi klub saytına verdiyi açıqlamada keçidini dəyərləndirib:

“Yenidən “Qarabağ”da çıxış etmək xoş hissdir. “Qarabağ”ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam. “Qarabağ” iddialı, hədəfləri olan komandadır. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar”.

Xatırladaq ki, Əfran İsmayılov yay transfer dönəmində bu komandanın sıralarına qatdığı 10-cu transferdir. “Qarabağ” daha öncə Dani Kintana, Elharbi El Jadeyui, Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Yunuszadə, Raydell Pupon və Mahir Mədətovu sıralarına qatmışdı.

Həmin kateqoriyadan