- Baxış sayı: 27
- 30 Mart 2026 15:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qarabağ” çempionlar liqasının 3-cü ələməsinin ilk oyununda sabah Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında bunu deyib:
“Yaxşı komandaya qarşı oynayacağıq. Çox yaxşı, təcrübəli baş məşqçisi olan rəqibdir. Futbolçularımızın üstünə böyük iş düşəcək. İnanıram ki bacaracaqlar. Əlimizə düşən fürsətdən maksimum yararlanmalıyıq.
Çox balanslı komandaya qarşı oynayacağıq. Keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Biz də bura kimi gəlmişiksə, deməli, gücümüz var. Layiqli mübarizə aparmağa çalışacağıq”.