- Baxış sayı: 104
- 29 May 2026 23:47
- Baxış sayı: 119
- May 26, 2026
- 0

“Liverpul”un keçmiş baş məşqçisi, hazırda isə “Red Bull”un beynəlxalq futbol bölməsinin rəhbəri vəzifəsini icra edən Yurgen Klopp Məhəmməd Salahın gedişindən sonra boşalacaq yer üçün namizədini müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis “mersisaydlılar”a “Leypsiq”in vingeri Yan Diomandeni transfer etməyi tövsiyə edib. Salahın mövsüm sonunda komandadan ayrılacağını rəsmən açıqlamasından sonra “Liverpul”un hücum xəttinə iki vinger transfer edəcəyi gözlənilir.
Lakin bu transfer asan olmayacaq. Diomandenin bazar dəyəri təxminən 100 milyon avro qiymətləndirilir. Bundan əlavə, “Mançester Yunayted”, “Arsenal” və “Tottenhem” kimi premyer liqa nəhəngləri də gənc istedadı yaxından izləyirlər.
Məhəmməd Salah 255 qolla klub tarixinin ən məhsuldar üçüncü oyunçusudur və tərəflər 2027-ci ilə qədər olan müqaviləyə xitam vermək barədə qarşılıqlı razılığa gəliblər.