“Tottenhem”də Tudor dövrü bitdi

“Tottenhem”də Tudor dövrü bitdi

“Tottenhem” baş məşqçisi İqor Tudorla yolunu ayırdığını açıqlayıb.

Allsport.az xəbər verir ki, 47 yaşlı xorvatiyalı mütəxəssis tərəflərin qarşılıqlı razılığı əsasında postunu tərk edib.

Fevralın 14-də komandanın “sükanı arxası”na keçən Tudorun fəaliyyəti cəmi bir ay yarım davam edib. Onun rəhbərliyi altında çıxılan 7 matçda London təmsilçisi cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib və 5 dəfə məğlub olub.

Hazırda premyer liqada 31 oyundan sonra 17-ci pillədə qərarlaşan “Tottenhem” düşmə zonasından cəmi 1 xal öndədir. Klubun mövsümün qalan hissəsində kimə tapşırılacağı hələlik dəqiqləşməyib.

Həmin kateqoriyadan